8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Kollina Əliyara deyib ki, nəzarətimizdəsən”

“Əliyar Ağayev ardıcıl 2-ci dəfə FİFA-nın Elit və I kateqoriyasına daxil olan hakimlər üçün keçirilən seminara dəvət alıb. Orada normativləri ən yaxşı verən 3 hakimdən biri Əliyar Ağayev olub”.

Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azərbaycanlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

X. Məmmədov hazırda Azərbaycanın ən yaxşı hakimi hesab olunan Əliyar Ağayevin UEFA-nın diqqətində olduğunu bildirib: “Bu gün onunla söhbətimiz oldu. Əliyar Pyerluici Kollina ilə görüşün və qısa söhbət aparıb. Kollina deyib ki, sən bizim nəzarətimiz altındasan”.

Hakimlər komitəsinin sədri FİFA referisinin nə zaman I kateqoriyaya keçəcəyi barədə dəqiq söz deməyib: “Əliyar Ağayevin I kateqoriyaya nə zaman keçəcəyini dəqiq bilmirəm. Çünki yalandan vəd vermək istəmirəm. Nə də xal qazanmaq fikrimiz yoxdur. Əliyar Ağayev idarə etdiyi beynəlxalq dərəcəli oyunlarda daim yüksək qiymət alıb.

Bundan başqa, Ömər Paşayev də UEFA-nın diqqət mərkəzindədi. Onun da tezliklə 21 yaşlıların oyunlarına dəvət alacağı gözlənilir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30