8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qriqorçuk: “Komandadan çox razıyam”

Türkiyənin Antalya şəhərində keçirilən “Qəbələ” - “Arsenal” (Tula, Rusiya) yoxlama oyunundan (3:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, ukraynalı mütəxəssis komandasının çıxışından məmnunluğunu ifadə edib:

“Bu gün komandadan sadəcə razı deyil, çox razıyam. Çox yaxşı komanda ilə qarşılaşdıq. Oyun quruculuğu, fərdi mübarizələr, müdafiə və hücumdakı əlaqələrin yaxşılaşdırılması baxımından çox yaxşı məşq etdik. Komanda barədə kifayət qədər yaxşı məlumat aldım. Bu gün gördüklərim bütün bildiklərimi təsdiqlədi. Bu görüşdən çox faydalandıq. Sevinirəm ki, hər şey belə oldu. 3 dəfə hesabda tarazlıq yaratmaq da müsbət məqamdır. Təbii ki, yoxlama oyunlarında qalib gəlmək, hesabda öndə olmaq istəyirsən. Amma bu vacib deyil. Mən də meydanda gördüklərimə çox şadam. Belə matçlarda emosiyalar çempionatdakı kimi olmur. Bu oyunlara yanaşma da fərqlidir. Futbolçulara demişəm ki, məşq xarakterli görüşlərdə olan lazımsız mübarizəyə getməmək də mümkündür. Bunu onlara irad da bildirmərəm. Komandalar fərqli hazırlıq keçir. Mən isə yetirmələrimin düzgün məşq etməsini istəyirəm. Bugünkü matçı nəzərdə tutmuram. Rəqibimiz sanballı və ciddi komanda idi. Amma elə rəqiblər olur ki, follara üstünlük verir, formadan dartır. Belələrinin necə məşq etdiyi də anlaşılmır. Rəsmi matçda bunu edən futbolçu sarı vərəqə alacaq. Biz isə oyunlarda olduğu kimi məşq etməyə çalışırıq. Bu üzdən də rəsmi matçlarla müqayisədə daha sakit idik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30