Ölkə futbolu
Qurban Qurbanov: “Uğursuzluqdan qorxuram”
"Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Bütün 2017-ci ili Azərbaycan və hətta Avropa idman ictimaiyyətinin diqqəti sizin üzərinizdə oldu. Maraqlıdır, Qurban Qurbanov diqqət mərkəzində olanda özünü necə hiss edir?
- Düzünü desəm, diqqət mərkəzində olanda o qədər də yaxşı hiss etmirəm. İstənilən insan haqqında çox danışılanda bir az narahatlıq yaranır. Hiss olunur ki, mənə böyük inam var. Ona görə narahatlıq olur. Məşqçilik elə bir peşədir ki, uğursuzluğa hazır olmalısan. Həmişə uğursuzluq ola bilər. Uğursuzluqdan qorxuram. Bu gün bizə inanan insanların, sabah inanmayacaqlarından qorxuram. Məsuliyyətim daha da artıb. Bir tərəfdən kömək olur ki, üzərimdə daha çox çalışmalıyam. Çünki indi üzərimdə ikiqat məsuliyyət var.
- Çempionlar Liqasına vəsiqə qazanmaqla tarix yazdınız. Hansı oyundan sonra Avropanın ən nüfuzlu turnirində iştirak edəcəyinizə inandınız?
- Böyük çətinlik gözləyirdim. Çempionlar Liqası Avropanın ən nüfuzlu klub yarışıdır. Pis tərəfini düşünürdüm. Fikirləşirdim ki, əgər ÇL-ə vəsiqə qazana bilməsək necə olacaq? Buna baxmayaraq, hətta ən çətin oyunda da inamı itirməmişəm.
Həmişə söyləmişəm ki, zəif komandalardan ehtiyat edirəm. Güclü komandalara qarşı isə əksinə xüsusi hazırlaşmışıq, onlara qarşı layiqli oynayacağımıza inanmışıq. Avropa turnirlərində təcrübəmiz az deyil. Ardıcıl neçə il pley-offda oynamışıq, Avroliqada çıxış etmişik. Rəhbərlik, məşqçi, futbolçu - bütün komandayla heç vaxt arxayınlaşmamışıq. Avroliqaya vəsiqə qazananda belə arxayınlaşmırıq. Növbəti mövsümdə yenidən uğurlu çıxış etmək üçün çalışırıq.
- Artıq 2018-ci ildir. Qorxmursunuz ki, yayda azarkeşlər yenidən sizdən və “Qarabağ”dan Çempionlar Liqasına vəsiqə istəsin?
- Uğurdan sonra ən azı həmin nəticəni təkrarlamaq lazımdır. ÇL-də mübarizə aparmaq üçün ilk öncə Azərbaycanda çempion olmaq vacibdir. Hazırda azarkeşlərimiz bizdən bunu istəyir. İlk mərhələdə biz Azərbaycan Çempionatında qızıl medal qazanmalıyıq. Bu gün yeni mövsümdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni düşünsək, o zaman Premyer Liqada çempionluq mübarizəsində uduzarıq. İndi daha çox Azərbaycan Çempionatında lider mövqeyini qorumaq barədə düşünürəm. Əlbəttə, azarkeşlər tərəfindən tələblər həmişə olub, gələcəkdə də olacaq. Azarkeşlər daim futboldan zövq almalıdırlar. Biz də bunun üçün çalışmalıyıq. Ölkə futbolunun böyüməsi üçün mütləq qitənin güclü yarışlarında iştirak etməliyik.
- Bu ildən ÇL-in təsnifat mərhələsində qaydalar dəyişir. Yeni qaydalar “Qarabağ”a hansı çətinliklər yarada bilər?
- Həmişə yeni qərarlar yeni klublara problem yaradır. Yeniliyə normal yanaşsam da, narahatlıq yaradan məqamlar da var. Elə yaxın keçmişdə Azərbaycan Çempionatında da daim reqlament dəyişirdi. Belə hallar klublara təsirsiz ötüşmür. İlk olaraq biz o formatı başa düşməliyik. İlk oyundan hazırlığımızı düşünməliyik. Yeni formatda necə oynamağı fikirləşməliyik. Bəlkə də, ilk oyunlarda yeni qaydaları bütövlüklə başa düşməyəcəyik və bu amillər sonradan bizim məğlubiyyətlə nəticələnəcək. Bizim kimi kiçik ölkələr üçün yenidən Çempionlar Liqasına vəsiqə qazanmaq çətin olacaq.
- Bakıda “Qarabağ” - “Çelsi” matçını 65 mindən çox azarkeş izlədi. Bakı Olimpiya Stadionunda anşlaq yaşandı. Doğma azarkeşlər qarşısında oynamaq nə dərəcədə çətindir?
- Doğma azarkeşlər önündə məğlubiyyətlə barışmaq çətindir. Bakıda uduzanda mənə çox pis təsir edir. “Roma”yla Bakıdakı oyunda da uduzmaq istəmirdim. Eyni zamanda “Çelsi” ilə oyunu qeyd edərdim. 60-65 min azarkeş Bakı Olimpiya Stadionuna “Qarabağ”a inanaraq gəlmişdilər, amma sonda onları sevindirə bilmədik. Matçın əvvəlində azlıqda qaldıq, sonra qollar buraxdıq. İstəyirdim ki, uduzsaq belə yaxşı mübarizə sərgiləyək. Doğrudur, “Çelsi” azlıqda qalmasaq belə, 4-5 qolla qələbə qazanacaq gücdədir. Onların ustalıq səviyyəsi çox yüksəkdir. Biz də yaxşı hazırlaşmışdıq, istək var idi. Lakin birdən-birə o istəyin qarşısı alındı. Həmin oyunda hesab daha böyük ola bilərdi. Bu oyun mövsümdə mənim üçün ən ağır matç oldu. Təkcə 0-4 hesablı məğlubiyyətə görə demirəm, 90 dəqiqənin gedişi ağır idi. Oyun ərzində düşünürdüm ki, futbolçuların ruhdan düşməməsi üçün nə edim. Belə oyunlar futbolçulara xarakterini göstərmək üçün imkan verir.
- “Qarabağ”ın Madrid “Atletiko”suna qarşı oyunu bütün Avropanı şoka saldı. Çünki debütant komanda təcrübəli ispanlara qarşı hər iki oyunda layiqli mübarizə sərgilədi. Səfərdə hətta qalib gəlmək imkanı var idi. Matçdan sonra bu barədə düşündünüzmü?
- Rəqiblərimizi bir-birindən ayırmaq istəməzdim. Hər birinin özünəməxsus üstün cəhətləri var. Hər biri ÇL-i qazanmaq iddiasında və gücündə olan komandalar idi. Amma ispanlarla matçda fərqli hisslər yaşandı. Həm Bakıda, həm Madriddə olan nəticələr xeyrimizə oldu. İspaniyada hesabı açan tərəf olsaq da, üstünlüyü qoruya bilmədik. Real baxmaq lazımdır. Müqayisə etsək, “Atletiko” “Qarabağ”dan çox yuxarıdadır. 1-1 hesabı futbolçularda böyük inam yaratdı. Bizim kimi komandalar belə nəticələri nadir hallarda qazanır.
- İlin son ayları mətbuat “Qarabağ”ın Çempionlar Liqasında qrupda üçüncü yeri tutma ehtimalını müzakirə edirdi. Belə amillər komandaya əlavə təzyiq yaratmırdı?
- İdman prinsipləri belədir. Bunu normal qəbul edirəm. Belə güclü komandalara rəqib olanda, onlar bizi ciddiyə almır. Hər biri bizimlə mübarizəyə 6 xallıq oyun kimi baxırdı. Fikrimcə, qrupda son vəziyyət ədalətli oldu. Üçüncü yerə ən az şans bizdə idi.
- Çempionlar Liqası arzusu reallaşdı. Ümumiyyətlə, Avropanın ən böyük turnirində yarışmaq hansı hisslər yaradır?
- Fərqli hisslər olur. “Kopenhagen”lə oyundan bir neçə gün sonra düşündüm ki, ilk növbədə, özümü düzgün idarə etməliyəm. Futbolçular da belə etməlidir. Çünki uğur əldə olunandan sonra insan-idmançı dəyişə bilər. İstənilən ölkədə idmançı uğur qazanandan sonra müəyyən mənada dəyişmə ehtimalı ola bilər. Elə etməliydik ki, bizdə belə hallar yaşanmasın. Düşündüm ki, özüm başda olmaqla, hamımız diqqətli olmalıyıq. Futbolçulara göstərməliyəm ki, yenə məsuliyyətliyəm, yenə uğur qazanmaq üçün çalışıram. Özüm belə etməklə həm də futbolçulardan bunu tələb etməliyəm.
- Bundan sonra “Qarabağ” və Qurban Qurbanovun futbolda hansı hədəfi olacaq?
- Biz işimizə layiqincə vaxt ayırsaq, bu gün uğur olmaya bilər, amma sabah mütləq olacaq. Gələn il mütləq Çempionlar Liqasına vəsiqə qazanmaqla bağlı qarşıma məqsəd qoymadım. Amma daha çox işləmək üçün çalışmağı məqsəd qoydum. ÇL-də iştirak edəndən sonra həm mən, həm komanda daha çox çalışmalıdır.
- Danimarkada “Kopenhagen”lə oyundan sonra “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandı. Həmin gecə Bakıda hamı sevincini bölüşmək üçün küçələrə çıxdı. Maraqlıdır, Qurban Qurbanovu təbrik etmək üçün telefona çox zənglər gəldi?
- Həddindən artıq zənglər çox oldu. Həm zənglər, həm ismarıclar gəldi. Bəzən kimsə zəng vurmaq alınmayanda başqa adamla təbriklərini çatdırırdı. Ölkə xaricindən də kifayət qədər zənglər oldu.
- Bu qədər zəngdən sonra nömrənizi dəyişmədiniz?
- (gülür) Dəyişmişəm artıq. Gizlənmək barədə düşünmürəm. Sadəcə həddindən artıq zənglər olanda işimizə maneçilik yaradır. Küsənlər olur. İşimiz elədir ki, bütün günü məşqdəyik, toplantıdayıq. Bəzən tədbirdə olanda zəng vurulur cavab verə bilmirəm. Sonra həmin adam ismarıc yollayaraq incikliyini göstərir. Heç kim inciməsin. Fikrimcə, vaxtımı daha çox işimə ayırsam, hamı üçün faydalı ola bilər.
- Bakıda şəhərə çıxmaq imkanınız olurmu? Yəqin, ailə üzvləriylə şəhərə çıxanda diqqət mərkəzində olursunuz...
- Şəhərə çıxmağa vaxt çox olmur. Bəzən ailə ilə nahar etməyə yollananda yaxınlaşırlar. Buna heç bir etirazım yoxdur. Dünyanın hər bir yerində bu çox normal qəbul olunur. Diqqətimi cəlb edən bəzən cavan nəsil və ya yaşlı insanın yaxınlaşması olur. Yaxınlaşaraq öz sevgisini, arzularını çatdırır. İnsanların hörmətini və sevgisini qazanmışamsa, özümü çox xoşbəxt hiss edirəm.
- Qurban Qurbanov artıq həm də Azərbaycan millisinin baş məşqçisidir. Təyinatdan sonra klubdan ayrılacağınızla bağlı xəbərlər yayıldı. Yəni ola bilərmi siz “Qarabağ”dan ayrılasınız?
- “Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir “Qarabağ”dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olmayıb. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. “Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə klubdan ayrılmaq barədə fikrim yoxdur.
- İlin son günlərində “Çelsi” klubunun düşərgəsinə yollandınız. Niyə məhz “Çelsi”?
- “Çelsi” dünyanın aparıcı klublarından biridir. Baş məşqçi Antonio Konte çox intizamlı mütəxəssisdir. Məşqlərdə kənar adamların iştirak etməsini istəmir. Mənim üçün həmişə maraqlı olub ki, lider məşqçilər uğuru necə qazanır. Hər bir güclü məşqçinin öz oyun üslubu, xarizması, tələbləri var. İstənilən sahədə lider insanlar mənə çox maraqlıdır. Klub olaraq “Çelsi”, məşqçi kimi isə Konte - güclü və sistemli komandayla tanış olmaq faydalıdır. Çalışıram ki, kiçik biliklərimi daha da artırım.
- Çempionlar Liqasına vəsiqə qazanandan sonra dövlət başçısı cənab İlham Əliyev “Qarabağ”ı qəbul etdi. Bu Azərbaycan Prezidentinin “Qarabağ”la ikinci görüşü oldu. Prezident qeyd etdi ki, vaxt azlığına baxmayaraq, oyunlarınızı izləyir. Siz bilirdinizmi ki, dövlət başçısı “Qarabağ”ın oyunlarına baxır?
- Cənab Prezidentin “Qarabağ”a belə yüksək diqqəti bizə əlavə stimuldur. Dövlət başçısı görüş zamanı komandanın bütün incəliklərini, oyun üslubunu, hər bir futbolçunun meydanda etdiyi hərəkəti qeyd etdi. Bu onu göstərir ki, dövlət başçısı Azərbaycan futbolunu çox sevir və istəyir ki, futbolumuz böyük uğurlar qazansın. Bu görüş hamı üçün böyük təkan olacaq. Bakıya gələn kimi Azərbaycan Prezidentinin bizi qəbul etməsi böyük qürur hissi yaşatdı. Eyni zamanda köçkünlərimizin, azarkeşlərin sevincini görmək xoş oldu. Bu komanda ən yaxşısına layiqdir.
- Oğlunuz Musa da futbolçudur. İndi “Qarabağ”dadır. Oğlunuzun oyununa baxmağa vaxtınız olurmu?
- Düzü, oyunlarına az baxmışam. Vaxt olmur. Bəzən məşq və oyunlarımız üst-üstə düşür. U-16-nın üzvüdür. Zədəsi var idi, indi artıq düzəlib. Heç vaxt ona deməmişəm ki, get futbolçu ol. Və ya şərt qoymamışam. Özünün istəyinə görə futbolu seçib. Həmişə istəmişəm ki, ilk olaraq təhsili güclü olsun. 9-cu sinifdə oxuyur. Futbolla yanaşı, təhsilinə də kifayət qədər vaxt ayırmağa çalışır.
- 2017-ci ildə Azərbaycanda çoxlu sayda mötəbər yarışlar keçirildi. Hansı yarışı izləmək imkanınız oldu? İlin ən yaxşısı kimi hansı idmançını qeyd edərdiniz?
- İslam Həmrəylik Oyunlarını izlədim. Futbol yarışlarını xüsusilə. Düzünü desəm, futbolla yanaşı, güləş və cüdoya da baxdım. Hacı Əliyevi ötən ilin ən yaxşı idmançısı kimi qeyd edərdim. Sərbəst güləşdə üçüncü dəfə dünya çempionu oldu. Bu, böyük nəticədir. Üçüncü dəfə dünyanın yaxşısı olmaq üzərində daim çalışması deməkdir.
- Sizin fikrinizcə, 2017-ci ilin ən yaxşı futbolçusu kimdir?
- Məncə, Mahir Mədətov. Gənc olmasına baxmayaraq, vacib turnirlərdə vacib qollar vurdu. Yaşının az olmasına rəğmən bəzən özünü çox təcrübəli kimi göstərməyi bacardı. Zəif oyunları da oldu. İslam Həmrəylik Oyunlarında çempion komandanın heyətində idi. Azərbaycan Çempionatında, Çempionlar Liqasında yaxşı oyun sərgilədi. “Qarabağ”da olduğuna görə demirəm, reallıq budur.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Asudə vaxtlarım çox azdır. Əvvəllər vaxt olanda “Qarabağ”ın bazasında futbolçularla, dostlarla futbol oynayırdıq. Milliyə təyinatdan sonra asudə vaxtlar az olur. Son vaxtlar stolüstü tennis oynayıram. Komandada stolüstü tennisi yaxşı oynayan rəqiblərim var, onlarla oynayırıq.
Mənbə: “Region plus” jurnalı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”