8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Yuri Maksimov: "Yaxşı olardı ki, çempionatda qalib gələk"

"Bugünkü rəqibimiz yaxşı komanda idi. Hamısı hündürboy futbolçulardır. Əks-hücumlarda təhlükəli olurlar".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Zirə" ilə yoxama oyunundan sonra deyib.

Ukraynalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Biz görüşə öz məqsədimiz üçün çıxmışdıq. Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışdıq. Əsas məqsəd futbolçuların necə oynaması və hansı mövqedə özlərini necə göstərmələridir. Onların güclü tərəflərini görmək istəyirdik. Yoxlama matçında qələbə önəmli deyil. Yaxşı olardı ki, çempionatda qalib gələk".

Rauf Əliyevin transferi məsələsi ilə bağlı sualı cavablandırmaq istəməyən Maksimov mövsümün sonuna qədər komandanı hazır vəziyyətə gətirməyə çalışdığını bildirib: "Yoxlama görüşlərində də vəzifəmiz qalib gəlmək olmur. Öz oyunlarımıza hazırlaşmaq istəyirik".

Y.Maksimov komandada çatışmazlıqlar olan mövqeləri açıqlayıb: "Mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində axsama var. Futbolçular təkcə top almağı yox, həm də hücumları başlamağı bacarmalıdırlar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30