8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Cavid Hüseynov: “100 faizlik imkanlardan yararlana bilmədik”

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq prosesinin ilk mərhələsini başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov İsveçrənin “Sürix” klubu ilə görüş (0:1), həmçinin toplanışın ilk mərhələsi barədə fikirlərini klubun saytına açıqlayıb:

“Təlim-məşq toplanışı yaxşı keçdi. Həm fiziki, həm taktiki hazırlıq üzərində çalışdıq. İki yoxlama matçında qüvvəmizi sınadıq. İlk matçla müqayisədə “Sürix”lə görüş nisbətən ağır keçdi. Qarşılaşmada bəzi boşluqlar buraxdıq. Xüsusilə də ikinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma bizim də şanslarımız çox oldu. Amma 100 faizlik imkanlardan yararlana bilmədik. Ümumilikdə toplanışın ilk yarısını normal hesab etmək olar. Qarşıda hazırlığın ikinci mərhələsi var. İnanıram ki, həmin hazırlıq prosesində üzərimizdə çalışıb, bu çatışmazlıqları aradan qaldıracağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30