28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ"ın dünya reytinqinin ilk 100-lüyündə

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyada 2017-ci ilin ən yaxşı klublarının siyahısını tərtib edib.

Futbolxeber.az saytının məlumatına görə, siyahıda 402 komandanın adı yer alıb.

Azərbaycandan 3 klub - "Qarabağ", "Zirə", "Qəbələ" ən yaxşı klublar sırasına daxil olub. Ağdam klubu 136 xalla 93-cü pillədə qərarlaşıb. Komanda 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka”nın da (Meksika)  136 xalı var.

"Zirə” 72 xalla 296-cı pillədə qərarlaşıb. Ötən il 761-ci olan Bakı klubu düz 465 pillə irəliləyib. “Atletiko” (Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar” da (Peru) "Zirə" ilə eyni xala sahibdir.

“Qəbələ” isə 65 xalla siyahıda 353-cüdür. Roman Qriqorçukun komandası “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdir. "Qəbələ" 1 il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 328 xalla “Real” (İspaniya) başçılıq edir. “Qremio” (Braziliya) 286 xalla 2-ci,  “Mançester Yunayted” (İngiltərə) 284 xalla 3-cüdür.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31