28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

UEFA 4 klubumuza pul ayırdı

2016/17  mövsümündə  UEFA Çempionlar  Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, cərimələrdən toplanmış vəsait  UEFA Çempionlar Liqası  və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb. Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.

Ötən mövsüm avrokuboklarda iştirak edən Azərbaycan təmsilçiləri də paylarına düşən məbləği alıblar. Avropa Liqasının qrup mərhələsində oynamış “Qarabağ”la “Qəbələ” hərəyə 78 min 300 avro, mübarizəni təsnifat mərhələlərində dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 8 min 540 avro əldə edib. 

UEFA-dan ayrılan maliyyə vəsaiti artıq AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31