28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Mançester Siti”nin keçmiş üzvü “Kəpəz”in düşərgəsində

“Kəpəz”in düşərgəsinə yeni futbolçu qoşulub.

Futbolxeber.az saytının məlumatına görə, Yunis Hüseynovun baxışa çağırdığı Aleks Nimeli dünən Bakıya gəlib.

Liberiya əsilli ingilis futbolçu komanda ilə birlikdə məşqlərə qatılacaq. 26 yaşlı hücumçu Bakı toplanışı ərzində baş məşqçinin etimadını qazansa, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Nimeli 2008–2014-cü illərdə “Mançester Siti”nin üzvü olub. Burada cəmi 1 matça çıxan futbolçu “Midlsbro”, “Koventri”, “Kristal Pelas” və “Port Veyl”də 29 oyunda 1 dəfə fərqlənib. Daha sonra Rumıniyaya yollanan forvard “Poli Timişoara”da 10 matçda 3 qol vurub. Ardınca ölkənin digər təmsilçisi “Vitorul”a keçib (18 oyun, 4 qol). Ötən il Norveç “Stabek”ində 13 matçda 2 dəfə fərqlənən Nimeli İngiltərənin U-20 yığmasında da çıxış edib (3 oyun, 1 qol).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31