8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elxan Məmmədov yığma üzvləri ilə görüşüb

Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, E.Məmmədov son illərdə ölkəmizdə qadın futbolunun inkişaf etməkdə olduğunu bildirib, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində avqustun 2-də Avstriya, 2 gün sonra Polşa, avqustun 7-də isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 8-ci qrupun oyunları Polşada təşkil olunacaq.

Turnirə hazırlıq çərçivəsində komandamız iyulun 23-dən avqustun 1-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30