8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

AFFA prezidenti: "Foqts barədə müqavilə başa çatandan sonra danışarıq"

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Xəzər Lənkəran" - "Fənərbaxça" yoldaşlıq oyunu (0:4) haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, AFFA prezidenti komandalar arasındakı səviyyə fərqini izah edib: "Belə oyunlar Azərbaycan futbolu üçün çox faydalıdır. Fikrimcə, bu gün səviyyə fərqi öz sözünü dedi. Ümid edək ki, bizim futbolçular da nə vaxtsa onların səviyyəsinə çatacaqlar".

R.Abdullayevin sözlərinə görə, "Xəzər Lənkəran"ın Avroliqanın II təsnifat mərhələsinin "Makkabi" (Hayfa) ilə cavab oyunu ərəfəsində belə qarşılama keçirməsi yaxşı haldır:  “Xəzər Lənkəran”ı “Makkabi” ilə həqiqətən də vacib oyun gözləyir. Amma futbolçulara təcrübə qazanmaq da lazımdı. Belə oyunlar komandaya kömək etməlidir. İsraillilərlə oyunöncəsi bundan gözəl məşq ola bilməzdi. "Xəzər Lənkəran"ın III təsnifat mərhələsinə keçmək üçün hələ şansı var".

 AFFA prezidenti milli komandamızın baş məşqçisi Berti Foqtsun gələcək taleyi haqda da sualı cavablandırıb: "Foqtsla hələ ki, ilin sonuna qədər müqaviləmiz var. Bu barədə müqavilə başa çatandan sonra danışarıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30