10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Qurban Qurbanov: "Yenidən qrupa düşməyə çalışacağıq"

“Əlbəttə, nəticələr xoşdur. Bizim üçün çox ağır idi. Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki hər üç rəqibimiz Çempionlar Liqasının finalında oynamaq istəyir. Yaxşı oyun göstərmək üçün çox çalışdıq. İlk matçlarda nəticə barədə düşünmədik. Bütün futbolçular, xüsusilə, “Çelsi”yə qarşı Londondakı ilk matçda həyacan yaşadılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın championat.com saytına açıqlamasında deyib.

O, oyunçularının ÇL-də meydanda sərgilədikləri futboldan razı olduğunu bildirib: "Hər matçda oyunçular və mən təcrübə topladıq”.

Q.Qurbanov söyləyib ki, növbəti mövsüm də ÇL-in qrupuna düşmək üçün əvvəlcə Topaz  Premyer Liqasının qalibi olmalıdırlar: "Çempionatımız  güclüdür. Bildiyimə görə, Çempionlar Liqasının formatı dəyişəcək. Qrupa düşmək çətin olacaq. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün daha çox çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” ÇL-də C qrupunda 2 xalla sonuncu pillədədir. Ağdam klubu turnirdə son oyununda dekabrın 5-i "Roma"nın qonağı olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30