24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Ölkə futbolu

Roman Qriqorçukdan qələbə şərhi

“Növbəti mərhələyə keçmək, qalib gəlmək vacib idi. O da baş verdi, davam edirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mil-Muğan"a qalib gəldikləri oyundan (8:0) sonra deyib.

Ukraynalı mütəxəssis böyükhesablı qələbəni belə şərh edib:"Futbolçular meydana çıxanda böyük fərqi hiss edirlər. Düşünürəm ki, oyunun əvvəli də ona görə belə alındı. Yaxşı ki, hər şey belə alındı və qalib gəldik. Amma strateji düşüncələrimə görə oyunun əvvəlində təzyiq göstərib, istəyimizə çatmalı, sonra rahat oynamalı idik. Amma biz yalnız 30-cu dəqiqədə hesabı açdıq. Akademiyamızın yetirmələrinin bu günki çıxışından razı qaldım. Yaxşı oldu ki, onlar qol da vurdular. Lakin bu məni təəccübləndirmədi. Onlar artıq neçə vaxtdır əsas komanda ilə məşq edirlər. Həmin futbolçuların bu qarşılaşmada şans qazanması müsbət hal oldu”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31