9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi"nin əsas komandasında yerimi möhkəmlətmək istəyirəm"

“10 yaşımda "Neftçi”yə gəldim. Nadinc uşaq olduğum və bütün günü çöldə, evdə oynamağıma baxmayaraq yorulmadığım üçün məni "Neftçi"yə, Araz Qulamovun məşqlərinə yazdırdılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ömər Buludov deyib.

"Keşlə" ilə qarşılaşmada böyük futbolda ilk rəsmi oyununu keçirən "ağ-qaralar”ınn 18 yaşlı oyunçu təəssüratlarını “Neftçi TV” ilə bölüşüb. O bildirib ki, əsas hədəfi komandada yerini möhkəmlətməkdir:

"Əvvəllər ilk 11-liyə düşmürdüm. Sonra yavaş-yavaş oynamağa başladım. 17 yaşımda isə milli komandaya dəvət aldım. Çox sağ olsunlar, "Keşlə” ilə oyunda mənə şans verdilər. Mən də özümü göstərə bildim.  Hətta qol vurrmaq şansım da oldu, amma heyf ki, yararlana bilmədim. Azarkeşlərimizə çox təşəkkürümü bildirirəm. Qarşıda "Zaqatala” ilə kubok oyunu var, inşallah, şans versələr, oynayıb özümü göstərərəm, heyətdə yerimi möhkəmləndirərəm. Sonra isə "Qarabağ”la çempionat oyunumuzdur. İnşallah, "Neftçi”nin qələbələri ard-arda gələr. Bu komandada olduğum üçün çox xoşbəxtəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30