29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Yaşar Vahabzadə: “U-21-də əsas millidə oynaya biləcək futbolçu yoxdur”

21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Yaşar Vahabzadə qol.az saytının suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, komandamızın Avropa çempionatının seçmə mərhələsində Almaniyaya 0:7 hesabı ilə uduzduqları oyunu şərh edib.

- Açığı, belə zəif oyun gözləmirdim. Düzdü, Almaniya millisi kimi güclü rəqibə qarşı oynadılar. Bəlkə də ilk dəqiqələrdən qol buraxıb, psixoloji gərginliyə düşdülər ki, almanlara top vurmaq çətin olacaq. Bəzi nüanslar var idi. Uduzmaq olar, amma istənilən halda belə zəif çıxış edəcəklərini gözləmirdim.

- Rəqibin adından çəkinmək bir yana, heç istək də yox idi axı...

- Bu uşaqlar güclü rəqiblərə qarşı mübarizə aparıblar. Bir müddət öncə almanlarla da oynayıblar. Komanda ustalıq, texnika cəhətdən rəqibə uduza bilər. Amma istək, mübarizə, aqressiya olmalıdı. Bunlar futbolçulara xas xüsusiyyətlərdi. Amma dünən meydanda mən bunu görmədim.

- Sizin vaxtınızda da komandaya milliləşdirilmiş legionerlər dəvət olunurdu. Dünənki oyunda da göründü ki, əcnəbilər yerli futbolçulardan qeyri-adi nə iləsə fərqlənmirlər. Özümüzdə onsuz da bu səviyyədə futbolçular var. Bu cür legionerlərin çağırılması nə dərəcədə düzgündür?

- Düzdür, var. Mən sizinlə razıyam. Dünən cəmi 2 legioner oynayırdı. Biri qapıçı, digəri müdafiəçi. Azərbaycanda qapıçı böyük problemdi. Biz də o vaxt axtarırdıq, amma yoxdu. Ona görə də məcburiyyətdən onu çağırmışdıq. Digər legionerləri isə sırf rəqabət yaratmaq üçün dəvət etmişdim. Bizim uşaqlar görsünlər ki, onların əvəzinə oynaya biləcək futbolçular var. Bir az artırsınlar. Kim istəməz ki, yığmada yerli uşaqlar oynasınlar. Dünən yerlilərin çoxu zəif oynadılar. Ad çəkmək istəmirəm. Gərək, öz üzərilərində ciddi işləsinlər. Klublarında oynamalıdırlar. Yığmaya 4 günlük gəlirlər. Qısa müddətdə məşqçi onlara yalnız taktiki-texniki göstərişlər verə bilər. Milliyə hər cəhətdən hazır gəlməlidirlər. Bizdə istək, mübarizə olmasa, çox çətin olacaq.

- Renat Dadaşovun çıxışını necə dəyərləndirirsiniz?

- Düzü, mən ondan çox şey gözləyirdim. Amma nəzərə alaq ki, futbol komanda oyunudu. 3 gündü bir yerdədilər. Bəlkə də tam uyğunlaşa bilməyib. Gözləyirdim ki, ən azından rəqib müdafiəçiləri təzyiq altında saxlayacaq. Birinci dəfə idi oynayırdı, yəqin, nəsə alınmayıb.

- Baş məşqçi Samir Ələkbərovda necə, günah görürsünüzmü?

- Adam danışmaq istəmir. Futbolu oyunçular oynayır, məşqçilər yox. Məşqçi sabah dəyişə bilər. Futbolçular məsuliyyəti artırmalıdırlar. Meydana çıxırlarsa, bilməlidirlər ki, ölkəni  təmsil edirlər. Komandadı, uduza bilər, amma mübarizə də aparmaq lazımdı. Yalnız bu halda komanda oyunu görünə bilər. Çünki bizim səviyyəmiz o səviyyədə deyil.

- Milli komandamızın yeni baş məşqçisi Qurban Qurbanov da oyunu izləyənlər arasında idi. Sizcə, hazırkı U-21-də əsas yığmaya namizəd futbolçular var?

- Bu gün üçün yox. Yalnız Mahir Mədətovdan başqa. Ola bilər ki, gələcəkdə hər şey düzələcək. Hazırkı məqamda Mahirdən başqa U-21-də əsas milliyə namizəd futbolçu görmürəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31