9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ”dən daha iki qələbə

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Vətən”lə üz-üzə gəlib.

Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar - 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan təmsilçimiz sabah son matçını keçirəcək. “Qırmızı-qaralar” 4 oyunda 12 xal toplayan “Beşiktaş”la üz-üzə gələcək.

Xatırladaq ki, 7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30