8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Liderlərin məğlubiyyətsizliyinə son

Topaz Premyer Liqasının ilk 8 turunu məğlubiyyətsiz arxada qoyan hər iki komanda həftəsonu keçirilən görüşlərdə seriyasının qırılmasına üzülüb.

Futbolxeber.az saytının məlumatına görə, IX turadək ilk 2 pillədə qərarlaşan “Qarabağ”la “Zirə” səfər görüşlərində uduzmaqla mövsümdə ilk məğlubiyyətini alıb.

Sumqayıtda meydan sahiblərinə 1:2 hesabı ilə yenilən zirəlilər 14 matçlıq seriyanı davam etdirə bilməyib. Ayxan Abbasovun yetirmələri sonuncu dəfə 222 gün öncə uduzmuşdu. Bu il martın 13-də səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqdan sonra bakılılar ötən mövsümün 6, cari mövsümün 8 matçından xalsız ayrılmamışdı.

“Qəbələ”yə rəqib meydanında 0:1 hesabı ilə uduzan “Qarabağ”ın seriyası daha uzun sürüb. Ötən mövsüm son 8, cari mövsümdə isə 7 qarşılaşmada uduzmayan Qurban Qurbanovun yetirmələri 15 matçlıq seriya ilə vidalaşıb. 236 gündən sonra xalsız qalan ağdamlılar sonuncu dəfə fevralın 28-də “İnter”lə ev oyununda yenilmişdi - 0:1.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30