28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

İspan hakim: "Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür"

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” - “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb.

Futbolxeber.az saytının məlumatına görə sözügedən epizod haqda “Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün referisinin yalnış qərar qəbul etdiyini deyib:

“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31