29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Kəpəz" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

Topaz Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” oyuna itkilərlə çıxacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandada həm cəzalı, həm də zədəli futbolçular var.

Ötən tur “Zirə”yə qarşı matçda sarı vərəqə limitini dolduran Şəhriyar Əliyev cəzalı duruma düşüb. Bu səbəbdən müdafiəçi derbidə iştirak edə bilməyəcək.

“Sarı-göylər”in 2 futbolçusu isə zədəlidir. İlkin Sadıqov və Samba Diallo məşqlərdən kənarda qalıb. Onların qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. Zədədən qayıdan Əli Səmədov fərdi halda məşqlərə başlasa da, hazırlığı istənilən səviyyədə deyil. Tural Rzayev ilə Azad Kərimovun durumu isə yaxşıdır. Kərimov dünəndən məşqlərdə iştirak edirsə, Rzayev bu gün komandaya qoşulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31