9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ”dan azarkeşlərin narazılığına cavab

“Təşkilatçılıq baxımından problemlərin yarandığını qəbul edirəm. Bunun da səbəbi təcrübəsizlik idi”.
 
Futbolxeber.az xəbər verir ki, bu sözləri açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. 
 
O, dünən UEFA Çempionlar Liqasında baş tutan “Qarabağ” – “Roma” oyunundan sonra nəqliyyat və biletlə bağlı azarkeşlərin narazı qalmasına münasibət bildirib. Çəlikəl bütün problemləri ilk dəfə bu turnirə qatıldıqlarından və belə böyük stadionda xeyli sayda azarkeşin olmasından qaynaqlandığını deyib:
 
“Bütün narazılıqlardan xəbərimiz var. Bunlar hamısı ilk dəfə ÇL kimi böyük turnirdə oynadığımızdan qaynaqlanır. Azarkeş sayı da gördüyünüz kimi çox idi. Araşdırma aparırıq və bütün narazılıqları növbəti oyunda aradan qaldırmağa çalışacağıq”.
 
Klub rəsmisi oyundan sonra avtobusların “Qarabağ”ın Bakı Nəqliyyat Agentliyinə ödəniş etmədiyi üçün “yoxa çıxması” ilə bağlı iddialara da münasibət açıqlayıb: “Yox, bu düzgün informasiya deyil. Biz onlarla necə lazımdır ki, razılaşıb işləmişik. Sadəcə tərəfdarlara məlumat verərkən problemlər ortaya çıxıb. Bunu qəbul edirik. Gələn oyunlarda daha yaxşı təşkilatçılıq edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30