8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Tərlan Əhmədov: “Yaxşı olardı ki, Elxan müəllim bizə hörmətlə yanaşsın”

“Neftçi” Topaz Premyer Liqasının VI turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov yenilgini belə şərh edib:

“Oyun barədə deyəcəyim bir şey yoxdu. Komandam mübarizə apardı. “Qəbələ” kimi qarşı komandaya qarşı təzyiq göstərdik. Görüləcək iş o qədər çoxdur ki, nəyə başlacağımızı müəyyənləşdirməyə çətimlik çəkirik. Psixoloji cəhətdən komanda hələ özünə gəlməyib. Müdafiədəki 2 səhv məğlubiyyətimizə gətirib çıxardı. Ümumilikdə komandadan razı qaldım. Növbəti oyundan sonra çempionatda 16 günıük fasilə yaranacaq. Çalışacağıq ki, həmin müddətdən maksimum yararlanaq. Heyətimiz də kasaddır. Elnur Cəfərov zədədən yenicə qayıdıb. Əlimizdən gəlıəni edəcəyik ki, komanda tezliklə özüə gəlsin və nəticə qazansın”.

- Hesabı bərabərləşdirmək üçün nə çatışmadı?

- Futbol bu dəqiqə əsasən cinahlardan qurulur. Cinahlarda istədiyim oyun tərzi yoxdu. Amma cinah müdafiəçiləri bu gün ümidləri doğrultmur. 10 ötürmənin 10-u da rəqibə verəcəksənsə, heç hücuma qoşulmağa ehtiyac yoxdur. 2 hücumçu ilə oynamaq istəyirdik. Lakin Seqovya tam hazır deyildi.

- Emin Mahmudovun debütunu necə dəyərləndirirsiz?

- Onun çıxışı məni sevindidi. Son oyunu ötən mövsüm olmuşdu, “Boavişta”nın heyətində. “Neftçi”yə gələnədək son 20 gündə ümumiyyətlə məşq etməmişdi. Amma onun tezliklə formaya düşməsi üçün əlimizdən gələni edəcəyik Tezliklə əvvəlki formasını bərpa etsə, sevinərik.

- “Qəbələ”nin hücumçuları müdafiəçilərinizi asanlıqla geridə qoyurdular...

- Bunu səviyə fərqi ilə əlaqələndirməzdim. Çünki nə Ruslan, nə Petrov rəqibdən çox da geri qalmırdılar. 90 dəqiqə də bunu göstərdi. Sadəcə hücumçu topla irəliləyərkən üstünlüyə malik olur. Bizim komandada bu gün çatışmayan məhz ön xətdə oyunçuların topla irəliləyib, rəqib qapısı qarşısında

- Siz təqdimat mərasiminizdə Elxan Abdullayev zəng vurduğunuzu, onun telefona cavab vermədiyini dediniz. O isə bunun əksini iddia edir...

- Çox sağ olsun, mən ona zəng vurduğumu demişəm. Daha sonra buna vaxtım olmayıb, bəlkə də həmin vaxt məşğul olub. Hazırda bütün diqqətimizi “Neftçi”yə yönəltmişəm. Yaxşı olardı ki, Elxan müəllim bizə hörmətlə yanaşsın. Ona 3 dəfə zəng vurmuşam.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30