8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ” qrupdan çıxsa...

Avropanın aparıcı bukmeker kontorları Çempionlar Liqasında iştirak edən klubların mərhələ adlamaq şanslarını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, qrup mərhələsinin 32 iştirakçısının 1/16 finala yüksəlməsi üçün pul qoyuluşları bəlli olub.
 
Azərbaycan çempionu “Qarabağ”ın ilk iki yerdən birini tutmaq şansı 41,00 əmsalı ilə dəyərləndirilib. Bu da o deməkdi ki, çempionumuz qrupdan çıxsa, onlara pul qoyuluşu edənlər 41 qat qazanc əldə edəcək. C qrupunda çıxış edən təmsilçimiz digər üç rəqibi ilə müqayisədə daha az şansa malikdi.
 
İngiltərə “Çelsi”sində bu rəqəm 1,33, İspaniya “Atletiko”sunda isə 1,36-dı. İtaliya “Roma”sı əsas favoritlərdən az geri qalır – 1,60.
 
Ümumiyyətlə isə “Qarabağ” 32 komanda arasında 31-ci göstəriciyə malikdi. Yalnız Kipr APOEL-inin mərhələ keçməsinə inam daha azdı – 51,00. Bu da onların “Real” Dortmund “Borussiya”sı və “Tottenhem”lə eynii qrupa düşməsi ilə bağlıdı.
 
Çempionlar Liqasının ən şanslıları isə “Barselona”, “Bavariya” və PSJ-di. Onların qrupdan çıxmaq ehtimalı 1,01-di.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30