8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Dino Ndlovu: "İtirəcəyimiz heç nə yoxdu"

"Qarabağ"ın cənubi afrikalı forvardı Dino Ndlovu ölkəsinin mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə,  27 yaşlı hücumçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb. Ndlovu çətin qrupa düşdüklərini söyləyib:

"Çempionlar Liqasının qrup mərhələsində oynamaq gözəl hisslərdir. Qrupumuzda kifayət qədər güclü komandalar yer alıb. Buna baxmayaraq, biz rəqabətə hazırıq. "Çelsi", "Atletiko" və "Roma" kimi klublara qarşı hər gün oynamaq olmur. Bu, bizim potensialımızı göstərmək üçün yaxşı fürsətdir".

Dino komandanın üzərində təzyiqin olmadığını sözlərinə əlavə edib:

"Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə çıxış edəcəyik. Qrup mərhələsində təcrübəyə sahib deyilik. Bu, bizim üçün yaxşı sınaq olacaq. İtirəcəyimiz heç nə yoxdur. İlk dəfə çıxış edəcəyimiz mərhələdə əlimizdən gələni edəcəyik. Üzərimidə təzyiq yoxdur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30