24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Ölkə futbolu

Bülənt Qorxmaz: “Qarabağ”ın uğuru türk dünyasının sevincidir" ÖZƏL

“Qalatasaray”ın sabiq kapitanı və baş məşqçisi, vaxtı ilə ölkəmizdə “Bakı” klubunda çalışmış Bülənt Qorxmaz Azərbaycan futbolu tarixində ilkə imza atmaqla Çempionlar Liqasının qrup mərhələsinə adlayan “Qarabağ”ı təbrik edib.

Futbolxeber.az saytına açıqlamasında “Böyük kapitan” bunları deyib: “Qarabağ”ın qazandığı tarixə nəticə məni çox sevindirdi. Komanda artıq bir neçə il idi ki, bu məqsədə doğru gedirdi. Nəhayət, bu mövsüm Qurban Qurbanovun komandası istəyinə çatdı.

“Qarabağ”ın çıxışını hələ Azərbaycanda çalışdığım dönəmdən yaxından izləyirəm. Qurban Qurbanovun yaratdığı komanda öz dəsti xətti ilə seçilir. Artıq bir neçə ildir ki, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edirlər. Bu mövsüm nəhayət Çempionlar Liqasında qrup mərhələsinə adladılar. “Qarabağ”ın uğuru türk dünyasının sevincidir. “Qarabağ” sıradan bir komanda deyil. Daşıdığı ad çox şeydən xəbər verir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31