8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Musa Qurbanov: "Oyundan dərhal sonra Qurbana zəng vurdum, anamızı xatırladıq"

“Qarabağ”ın hər oyununa baxanda özümü itirirəm. Dünənki matç ərzində də olduqca həyəcanlı idim. Ümumiyyətlə, özümdə deyildim".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov komandanın hava limanına qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması haqda danışan “Zaqatala” klubunun prezidenti “Kopenhagen”lə Danimarkadakı matçdan sonra çox coşqulu olduğunu bildirib: "Əla təəssüratlarım var. Hazırkı hisslərimi tam çatdırmağa bəlkə də intellektual səviyyəm yetməz. Oyundan sonra da heç yata bilməmişəm. Azarkeşlər kimi, mən də səhərə kimi maşınla gəzmişəm".

Sevincimi evdə uşaqlarla bölüşən M.Qurbanov gedib Qurbanın oğlunu götüərək şəhəri gəzdiklərini söyləyib:" Amma yenə istədiyim kimi sevinə bilməmişəm. Oyundan dərhal sonra Qurbana zəng vurdum. Hisslərimizi bölüşdük, bir-birimizə təşəkkür etdik. Bir az keçmişdən danışdıq, anamızı xatırladıq. Qurbanla bir-birimizin oyunlarını həmişə qardaş gözü ilə izləmişik. Belə çox çətindi, çünki özünü cilovlaya, toparlaya bilmirsən. Amma qələbə olanda bu hissləri keçirməyə dəyir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30