7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Mirhüseyn Seyidov: “Rəhbərlik deyib ki, sentyabra qədər...”

“Qarabağ”ın əsas heyətlə meydana çıxmayacağını bilirdik. Amma yenə də oyunun çətin keçəcəyi gözlənilirdi. Çünki meydana çıxanlar özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Bizdə isə transfer qadağası var. Heyətimizə yeni oyunçu qata bilmirik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının ikinci turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi yenilgi haqda bunları söyləyib: “Meydanda komanda əlindən gələni etdi. Ən azı 1 xal qazanmaq istəyirdik. Lakin sonda buraxdığımız qol məğlubiyyətə səbəb oldu. Xal qazanmaq qismət olmadı. Artıq növbəti turu düşünməliyik. Gələn tur “Səbail”lə matçda sərfəli nəticə qazanmağa çalışacağıq”.

M. Seyidov vurğulayıb ki, heyətdəki problemlərə baxmayaraq, qışa qədər tam gücləri ilə mübarizə aparacaqlar: “Nə gücümüz var, meydanda qoyuruq. Qışa qədər belə mübarizə aparmalıyıq. Əlimizdən gələni də edəcəyik. Komandada ab-hava normaldı”.

“İnter”in yarımmüdaiəçisi komandanın maliyyə durumuna da toxunub: “Avroliqadan sonra komandada ruh düşkünlüyü var idi. Çempionat başlayandan çalışırıq özümüzə gələk. İyun ayının maaşını almışıq. Yəqin ki, qarşıdakı günlərdə iyulun da pulu verilər. Rəhbərlik deyib ki, sentyabrda qədər hər şey qaydasına düşəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30