9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

"Onunla danışıq aparırırq"

“Uşaqlar yaxşı oynadılar. Nə bacardılarsa, onu da etdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın ilk turunda “Qəbələ”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Heç-heçə etmək olardı. Məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Üzərimizdə daha çox işləməliyik. Sonra nə olacağını yəqin ki, zaman göstərəcək.

- Oyundan öncə məğlub olacağınızı düşünürdünüz?

- Komanda bugünkü oyunda bütün gücünü meydanda ortaya qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi mübarizə apardılar. Bir-birimizə sona qədər oynayacağımızla bağlı söz vermişdik. Məncə, daha da yaxşı oynaya bilərdik.

- Rauf Əliyev əvvəlki gücünü “İnter”də qaytardı və Albaniya klubuna transfer olundu. Maraqlıdır, Rauf ölkəni tərk etməmişdən öncə sizdən halallıq aldı?

- Rauf ölkə xaricində oynamaq istəməsi pis deyil, yaxşıdır. Lakin belə tez gedəcəyini gözləmirdim. Onun klubla müqaviləsi var və hazırda futbolçu ilə danışıqlar aparırıq. Gedəsi olsa, ona uğurlar arzu edirik. Qayıtması bizim üçün pis olmaz.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30