7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Elxan Abdullayev: "Azarkeşlərdən üzr istəyirəm"

"Çempionatın startını səbirsizliklə gözləyirdik. Əfsuslar olsun ki, məğlub olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqada yeni mövsümün ilk turunda “Qarabağ”a uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

- Məğlub olmaq istəməzdik. Amma bu gün belə alındı. İlk hissədə yox, ikinci hissədə yaxşı oynadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.

- Elnur Cəfərovun oyunundan nə dərəcədə razı qaldnız?

- Matç əvvəldən planlaşdırdığımız kimi getmədi. Buraxdığımız ilk qol planlarımızı pozdu. Elnura vaxt lazımdır. Gənc futbolçudur, gələcəyi var. Nəsə alınmırdı, amma çalışırdı. Necə razı qala bilərəm ki, məğlub olmuşuq. Lakin perspektivi var.

- “Qarabağ” “Neftçi”yə qarşı ikinci heyətlə oynayırdı. Necə düşünürsünüz, komandanız hansı cəhətlərdə “Qarabağ”dan geri qaldı?

- Mən bu barədə danışmaq istəmirəm. Həmişə istəyirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynasın. Əksinə, ehtiyat oyunçular şans qazananda daha da həvəsli olurlar. Etiraf edək ki, “Qarabağ” bizdən güclüdür. Uzun müddətdir bir yerdə oynayırlar.

- Birinci qol zamanı Səlahət Ağayev kobud səhvə yol verdi. Oyundan sonra onunla bu haqda danışdınızmı?

- Yəqin ki, Səlahət öz oyununu təhlil edəcək. Bəli, səhvi var idi. Əgər qapısından kənara çıxmasaydı, bəlkə də qol olmayacaqdı.

- Oyunu Derlisin üzərində qurmuşdunuz. Onu oynatmaq məcburiyyətində idiniz?

- Mən Derlisin oyunundan çox razı qaldım. Ötürmələr zamanı səhvlər etmədi. Şəxsən mənə, komandaya onun kimi oyunçu lazımdır. Ümid edirəm ki, Derlis oyundan-oyuna daha yaxşı çıxış edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30