10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

“Kopenhagen”dən 10 qol buraxan qapıçı: “Qarabağ”ın işi çətin olacaq

“Kopenhagen” çox güclüdü, “Qarabağ”ın işi çətin olacaq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az saytına “Qarabağ”ın sabiq qapıçısı Cəmaləddin Əliyev deyib.
 
Son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə artıq bir dəfə üz-üzə gəlib. Belə ki, 1998-99 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində danimarkalılar təmsilçimizin qapısından iki görüşdə 10 top keçiriblər – 6:0, 4:0.
 
Həmin vaxt Ağdam klubunun qapısını qorumuş Cəmaləddin Əliyev rəqibin əsas silahının “ikinci mərtəbə” olduğunu bildirib: “Bizim vaxtımızda komandamızda legioner futbolçu yox idi, bütünlüklə yerlilərlə oynayırdıq. Həmin vaxt böyük hesablı məğlubiyyətlərin əsas səbəblərindən biri də bu idi. Danimarka klubunun oyun üslubu bizim üçün arzulounmaz idi. Düzdü, indi hansı stildə oynadıqlarını bilmirəm. Amma bizimlə qarşılaşmalarda əsasən cinah asmalarına və standart vəziyyətlərə üstünlük verirdilər. Qapımıza qolları da bu yolla vururdular”.
 
Sabiq qolkiper hesab edir ki, “Kopenhagen” indi “Qarabağ”ın qapısından çox top keçirə bilməz: “İnanmıram ki, “Kopenhagen” bu dəfə “Qarabağ”a çox qol vura bilsin. Çünki “Qarabağ” da çox güclü komandadı, öz dəst-xətti var. Fikrimcə, şanslar yarı-yarıyadı. “Kopenhagen”in indiki durumu haqda heç bir məlumatım olmasa da, “Qarabağ”ın bu mərhələni keçəcək gücdə olduğunu düşünürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30