29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Fariz Nəcəfov: “Bunu istəyərəkdən, bilərəkdən etmirik” (MÜSAHİBƏ)

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Futbolxeber.az saytına müsahibəsi

- “Qəbələ” “Panatinaikos”a 1:2 hesabı ilə uduzmaqla Avroliqa ilə vidalaşdı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Oyun çox gərgin keçdi. Uşaqlar əllərindən gələni etdilər. Komandada bir qədər yorğunçuluq var idi. Yeni qoşulanların da adapatasiyası yetərincə deyildi. Deyəcəyim başqa bir şey yoxdu.

- Yunanıstandakı ilk oyundan sonra mərhələ adlamağın çox çətin olduğu görünürdü.

- Ordakı oyundan sonra bilirdik ki. İşimiz çətin olacaq. Buna baxmayaraq, qələbəyə ümid edirikdik. Uğur qazanmaq üçün öz oyunumuzu oynamalıyıq. Əks halda, rəqib çox güclü təsir bağışlayırdı. Bu gün də matçıb gedişində 15-20 dəqiqə öz oyunumuzu göstərdik. Qalan baxtda rəqib bizdən güclü idi.

- Bu dəfə Avroliqanın qrup mərhələsindən kənarda qalmağınızda heyətdə olan dəyişikliklərin həlledici rol oynadığını söyləmək mümkündür?

- Təbii ki, dəyişiklikin bunda rolu var. Amma biz bunu istəyərəkdən, bilərədkən etmirik. Məcburiyyətdən belə alınır.

- Demək olar ki, bundan sonra “Qəbələ”nin hədəfi yalnız çempionluqdur?

- Hər il istəyirik ki, çempion olaq. Bunun üçün nə lazımdırsa, edəcəyik. Amma istəyimizə çatıb-çatmayacağımızı çempionat göstərəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31