8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi"yə müqavimət göstərmək və mərhələ keçmək iqtidarındayıq"

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Skenderbeu”nun futbolçusu Nureddin Orelesi Albaniya mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Çempionlar Liqasının oyununa çox az vaxt qalıb. Komandada ab-hava necədir?
- Əlbəttə ki, Çempionlar Liqasında oynamaq fərqli, böyük bir hissdir. Burada rəqabətin də, məsuliyyətin də böyük olmasından danışmaq artıqdır. Biz həm fiziki, həm də psixoloji cəhətdən bu oyunlara hazırıq. Mərhələ keçməyə köklənmişik və bunu bacarmaq iqtidarındayıq.

- “Neftçi” “Skenderbeu” ilə müqayisədə daha böyük büdcəyə malik komandadır. Bu oyuna nə dərəcədə təsir edəcək?
- “Neftçi”nin 2 milyon avroluq futbolçu almaq iqtidarında olduğunu bilirik. Bunun nə demək olduğunu da anlayırıq. Lakin buna məhəl qoymadan oyuna köklənmişik və meydanda yaxşı oyun göstərməliyik.

- “Skenderbeu” “Neftçi”ni keçməyə qadirdirmi?
- 2 il əvvəl “Neftçi”yə qarşı yoxlama oyununda oynamışam. Həmin vaxt qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Rəqib ən yaxşı azərbaycanlı futbolçulardan təşkil olunub. Onlar son 3 ildə çempion olur. Amma biz də unutmamalıyıq ki, Albaniya çempionuyuq və heyəti də xeyli gücləndirmişik. Bir sözlə, bərabər səviyyəli rəqiblə qarşılaşacağıq.

- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?
- Açığını deyim ki, biz mərhələ keçmək üçün kifayət qədər hazırlıq keçmişik. Əvvəlki 2 mövsümdə bacarmadığımızı bu il gerçəkləşdirməyə çalışacağıq. Düşünürəm ki, Azərbaycan klubuna müqavimət göstərmək və mərhələ keçmək iqtidarındayıq. İndi əsl gücümüzü göstərməyin vaxtıdır. “Neftçi” də bilir ki, bizimlə oyunu çətin olacaq. Mən deyərdim ki, bu mərhələni keçən komanda məhz “Skenderbeu” olacaq. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30