29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Futbolçular oyuna tam hazır deyil"

"Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Türkiyənin “Cihan” agentliyinə açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, uelsli mütəxəssis müsahibəsində ilk öncə Avroliqanın II təsnifat mərhələsində qarşılaşacaqları Hayfa "Makkabi"si haqda söz açıb: "İsrailə səfər öncəsi komandada müəyyən problemlər var. Futbolçular oyuna tam hazır deyil. Buna da səbəb mövsümün yenicə bitməsidir. Ancaq səfərdə uğurlu nəticə qazana bilsək, öz meydanımızda möhtəşəm azarkeş dəstəyi ilə mərhələni keçə biləcəyik”.

Bir vaxtlar “Beşiktaş”ın baş məşqçisi olmuş Toşak  “Xəzər Lənkəran”ın iyulun 21-də “Fənərbaxça” ilə keçirəcəyi yoldaşlıq görüşünə çox ciddi hazırlaşdığını söyləyib: ”Qalatasaray”  özəl, “Fənərbaxça” gözəl komandadır, amma ən böyük “Beşiktaş”dır. Bir vaxtlar “Beşiktaş”da çalışdığım üçün xoşbəxtəm. “Real”dan təklif almasaydım, Türkiyədə daha çox qalmaq istəyərdim”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31