8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Rəvan" yenə AZAL qarşısında aciz qaldı

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” dünən növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, "Rəvan" AZAL və "Qaradağ Lökbatan”la görüşlərdən sonra yenə AZAL ilə üz-üzə gəlib. "Təyyarəçilər”lə ilk matç Şüvəlan qəsəbəsində baş tutmuşdusa, bu dəfə oyun "Bayıl stadionu”nda keçirilib.

"Rəvan"ın baş məşqçisi Ramil Əliyev ilk dəqiqələrdən bu futbolçuları meydana buraxıb: Lukaş Sapela - Orxan Lalayev, Yovan Vidoviç, Şəhriyar Rəhimov (k), Yamin Ağakərimzadə - Ceyhun Cavadov, Miloş Adamoviç - Elvin Həsənəliyev, Kamil Nurəhmədov, Ayaz Mehdiyev - Xuan Manuel Varea. İkinci hissədə isə Ramazan Abbasov ilə Cəmil Rəhimli meydana çıxdı.

Oyun "Rəvan"ın ərazi üstünlüyü ilə başladı. Topa sahibolmada rəqibi xeyli üstələyən "aslanlar” meydanboyu gözəl kombinasiyalar qururdu. Amma heç cür son zərbəni vurmaq olmurdu. Elvin və Kamilin cəhdlərindənm sonra top "çərçivə”dən yan keçdi. Rəqibin əks-hücumları da ara-sıra təhlükəli alınırdı. Sadəcə, Sapela da etibarlı oynayırdı. Amma fasilədən dərhal sonra AZAL ani əks-hücum sonrası Əziz Korr Nyanq ilə hesabı açdı. Bu həm də matçda vurulan yeganə qol oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30