Ölkə futbolu
Roman Qriqorçuk: "Heç vaxt belə çətinliklərlə üzləşməmişəm"
“Bütün futbolçular ilk gündən məşqlərdə iştirak ediblər. Ancaq yeni qoşulmuş oyunçularla bağlı bunu deyə bilmərəm”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “qırmızı-qaralar” ilk oyunlarını sabah Polşa klubu “Yagelloniya”ya qarşı keçirəcəklər.
Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Yeni transferlərin bəziləri sabah meydana çıxacaq. Ancaq bu o demək deyil ki, onlar da tam hazırdılar”.
- Avrokuboklar öncəsi heyətdə ciddi dəyişikliklər oldu. Bu sizə çətinlik yaratmayacaq?
- Artıq 3-cü ildi ki, bizdə eyni situasiya yaranır. Niyə belə baş verdiyini müzakirə etməyə ehtiyac yoxdu. Belədə söhbət uzanacaq. İstəməzdim, belə olsun. Amma burda pis bir şey yoxdu. Futbol belədi, kimlərsə gəlir, kimlərsə gedir. Yeni oyunçular gəlib və komanda əvvəlki qaydada hazırlaşıb. Yeni olsalar da, onlarla işləmək maraqlıdı, çətin deyil. Əsas odu ki, hazır olsunlar. Amma builki transferlər 4-5 həftəlik istirahətdən qayıdıblar, demək olar ki, məşq etməyiblər.
- Rəqibdən çəkinməyə dəyərmi?
- Rəqib ötən mövsümkü heyətin özəyini qoruyub. Güclü, yaxşı təşkilatlanmış, stabil komandadı. Polşada çempion olmağa çox yaxın idilər. Deməli, güclüdülər.
- Ötən illərlə müqayisədə builki transferlərin səviyyəsi necədi?
- Sevinirəm ki, bu oyunçuları heyətə qatdıq. Onları özümüz seçmişik. Bacarıqlarına bələdik. Ancaq müqayisə etməzdim. İki il əvvəl də, ötən il də heyətdə dəyişiklik etdik. Bununla belə, Avropa Liqasında qrupa düşdük. Bu il isə yeni başlamışıq. Ümumilikdə “Qəbələ”də bizə nədənsə, hər şey çətin alınır. “Qəbələ”dəki qədər həyatım boyu heç vaxt belə çətinliklərlə üzləşməmişəm. Amma çətinlikləri dəf etdikcə daha güclü olursan.
- Klublarımızın avrokuboklara uğurlu start götürməsi komandanızda psixoloji gərginliyə səbəb olmaz?
- Biz sevinirik ki, komandalarımız qələbələr qazanırlar. Burda yaşayırıq, burda çalışırıq. Azərbaycan klublarının Avropa arenasındakı uğurlu çıxışına yalnız sevinirəm. Ancaq düşünmürük ki, digər komandalar qələbə qazandı, biz də bunu etməliyik. Yalnız öz oyunumuz barədə fikirləşirik və biz də qələbə qazanmaq istəyirik.
- Əvvəlki sisteminizi qoruyacaqsınız, yoxsa yeni transferlərə uyğun sistem tətbiq edəcəksiniz?
- Müəyyən üslubumuz var, yeni gələn oyunçuları da ona uyğunlaşdırmağa çalışırıq.
- Transferlər zamanı çempionatdakı legioner limitini nəzərdən keçirmisinizmi?
- Yeni oyunçuları komandaya cəlb edərkən çempionatı da düşünmüşük. Kifayət qədər legionerimiz var. Amma belə olan yerdə rəqabət yaranır və rəqabət olanda da inkişaf sürətli olur.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov transferlər zamanı çətinlik çəkdiklərini bildirib. Bakıda oynayan “Qarabağ” belə çətinliklə üzləşirsə, bölgə komandası olan “Qəbələ” necə olub ki, bu qədər legioneri gətirə bilib?
- Qurban Qurbanovu çox yaxşı başa düşürəm. Bizdə də belə problemlər ortaya çıxırdı. Yeni oyunçularımıza söz vermişik ki, bu il məişət məsələlərində Bakıda daha çox olacağıq. Yeni oyunçular dərhal Qəbələnin harda yerləşdiyi barədə maraqlanır. Məsələn, paytaxt komandasından 10 manat istəyən oyunçu bölgə təmsilçisindən 20 manat tələb edir. Ancaq belə situasiyada da nəsə etməliyik.
- Bu heyət hədəfə çatmağınız üçün yetərlidimi, yoxsa axtarışlarınız davam edir?
- İndi qrup barədə düşünmürük. Yalnız sabahkı matçı fikirləşirik. Sabah qələbə qazanaq, növbəti tapşırığa sonra baxarıq. Futbolçularımıza da deyirəm ki, bizim üçün ən vacibi sabahkı oyundu. Əlbəttə ki, gələcək üçün yeni oyunçular lazım olacaq.
- Rəqibin baş məşqçisi bildirib ki, sabah “Qəbələ”də yeni transferlərin oynaması onların xeyrinə olar...
- Çalışacağıq, hər şeyi edək ki, onu sevindirək. (Apasport.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”