29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Samir Əliyev oyunçulara haqsızlıq etdi"

"Səbail"də məni saxlayacaqlarına tam əmin idim. Ancaq gözlənilmədən Samir Əliyev bu cür qərar aldı və səbəbini də heç söyləmədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri sportnet.az-a açıqlamasında Qvanzav Məhəmmədov deyib.

Başa çatan mövsümdə "Səbail"in heyətində çıxış etmiş müdafiəçi Samir Əliyevin Premyer Liqa üçün düşündüyü heyətdə yer almayıb. Komandada qalacağına inandırılan futbolçu sonradan menecer vasitəsilə "Səbail"ə lazım olmadığını öyrənib.

O, hətta Samir Əliyevi haqsızlıqda günahlandırıb: "Komandada saxlanılmayacağımı son anda bildim. Halbuki bundan əvvəl komandada qalacağımı demişdilər. Amma menecer vasitəsilə sonradan Samir Əliyevin qərarı mənə çatdırıldı. Səbəbini isə heç söyləmədilər də. Ümumiyyətlə, Samir Əliyev haqsız yerə bir neçə oyunçunu komandadan göndərdi. Halbuki həmin oyunçular "Səbail"in Premyer Liqaya yüksəlməsi üçün I Divizionda bütün güclərini vermişdilər. İndi isə çoxu komandasız qaldı. Halbuki həmin uşaqlar nəticə verməyi bacardılar. Komandamızın 18 qoluna imza atan Bayram Budaqovu da heç komandada saxlamadılar. Bu cür forvardı komandada saxlamayıblarsa, nədən danışmaq olar? Samir Əliyev baş məşqçidir və hansı futbolçu ilə işləyəcəyinə özü qərar verir. "Səbail"də oynamış uşaqlar Premyer Liqa səviyyəsində idi. Hazırda komandaya "Mil-Muğan" və "Zaqatala"dan oyunçular dəvət edilib. Görün, onlar hansı pillədə idilər, "Səbail" hansı pillədə. Nəticəyə cavab verən Samir Əliyevdir. Bayram Budaqov, Ramazan Abbasov və mənim necə oynadığımızı hamı bilirdi. Bizi komandadan göndərmək haqsızlıq idi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31