28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Yaqelloniya"nın "Qəbələ" qarşısında işi çox çətin olacaq"

"Yaqelloniya"nın bəxtinə çox çətin rəqiblər düşüb. Qafqaz komandaları heç vaxt asanlıqla təslim olmurlar".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Polşanın "Poqon" klubunun futbolçusu Marçin Novaka ölkəsinin mətbuatına açıqlamasında deyib.

37 yaşlı futbolçu Polşanın "Yaqelloniya" klubunun Avropa Liqasındakı şanslarını dəyərləndirib. O bildirib ki, komanda ikinci mərhələyə keçsə, “Qəbələ” ilə çətin oyun olacaq: "Yaqelloniya"nın işinin asan olmayacağı bəllidir. "Dinamo" (Batumi) ilk oyunda nəyə qadir olduğunu göstərdi. Klubumuz mərhələ keçsə, "Qəbələ"yə rəqib olacaq. Bu komandaya qarşı çox diqqətli olmaq lazımdır. Onlar son iki ildə Avropa Liqasının qrup mərhələsində oynayıblar və layiqli mübarizə aparıblar. "Yaqelloniya"nın "Qəbələ" qarşısında işi çox çətin olacaq".

Qeyd edək ki,  Polşa klubu Gürcüstanda keçirilən ilk oyunda "Dinamo" üzərində 1:0 hesablı qələbə qazanmışdı. Tərəflər arasındakı cavab görüşü iyulun 6-da keçiriliəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31