8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Səbail": 2 rəqib, 3 qarşılaşma

İyunun 12-dən Bakıda yeni mövsümün hazırlığına start verən "Səbail" dünəndən etibarən təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, Samir Əliyevin komandası gündə 2 dəfə "Dalğa Arena"da məşq etməklə yanaşı 3 yoxlama oyunu keçirməyi də planlaşdırır.

"Səbail" iyunun 29-da "Binə" komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə eyni rəqiblə - "Sumqayıt"la görüş olacaq.

"Səbail" "Binə" komandası ilə "Dalğa Arena"da üz-üzə gələcək. "Sumqayıt"la iyulun 2-də keçiriləcək yoxlama oyunu "Kapital Bank Arena"da təşkil olunacaq. İyulun 8-də keçirilməsi planlaşdırılan növbəti "Səbail" - "Sumqayıt" qarşılaşmasının məkanı hələ ki dəqiqləşməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30