Ölkə futbolu
Ayxan Abbasov: “Rəqibdən çəkinmirik”
Sabah Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyununda Lüksemburqun “Differdanj” klubunu qəbul edəcək “Zirə”nin baş məşqçisi Ayxan Abbasov bu gün matçın keçiriləcəyi “Dalğa Arena”da oyunöncəsi mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, gənc məşqçi ilk öncə qısaca fikirlərini açıqlayıb:
- Futbol üçün darıxmışdıq. Sevindirici haldı ki, avrokuboklara Bakıda başlayırıq. “Zirə” ilə yanaşı, avrokuboklarda ölkəmizi təmsil edən digər komandalarımıza da uğurlar arzulayıram.
- Komandanız hazırda vəziyyət necədi?
- Mövsümün sonunda bir neçə oyunçu komandanı tərk etdi. Ancaq istədiyimiz oyunçuları transfer etmişik. Heyətdə zədəli oyunçu yoxdu.
- Rəşad Sadiqovun zədəsi necədi?
- Rəşadın durumu yaxşıdı. O, komanda ilə birgə məşq edir.
- “Differdanj”la fikirləriniz maraqlıdı. Bu komandada “ikinci mərtəbədə”də oynayan oyunçular üstünlük təşkil edir.
- Rəqib barədə məlumatımız var. Belə bir fikir yaranıb ki, guya mən rəqibdən qorxuram. Yox, belə deyil. Sadəcə, komanda 10 ildi avrokuboklarda çıxış edir. Rəqib bizdən təcrübəlidi. Biz avrokubokda ilk dəfə çıxış edirik. Onlar əsas uzun toplara üstünlük verirlər. Sabah necə oynayacaqlar, bilmirəm. Çalışacağıq ki, avrokuboklarda ilk mövsümümüzü uğurlu keçirək. Lakin avrokuboklarda ilk mövsümümüzü keçirməyimiz bəhanə deyil. Çalışacağıq ki, mərhələni keçək.
- Sabahkı oyunda daha çox nədən qorxursuz - komandanın həddən artıq rahat olmasından, yoxsa dizlərinin əsməsindən?
- Belə oyunlardan öncə komandanın üzərində təzyiq çox olur. Çalışırıq ki, komanda nə çox əmin oynasın, nə də rəqibdən çox çəkinsin. Həddən artıq motivasiya komandanın ziyanına ola bilər. Tam əksi də həmçinin. Çalışacağıq ki, oyuna yaxşı köklənək.
- Anar Nəzirov komandanın yeni kapitanıdı. O, bu işin öhdəsindən gələ biləcək?
- O, ötən mövsümdə də bir neçə oyunda kapitan olmuşdu. Elvin Məmmədov komandadan gedəndən sonra kapitanlıq sarğısını ona verdik. Ümid edirəm ki, Anar kapitan kimi daha yaxşı çıxış edəcək.
- Özünüz üçün start heyətini müəyyənləşdirmisiz?
- Bir gün öncə heyəti açıqlasam, komanda daxilndə rəqabətə təsir edə bilər. Heyəti demək olar, müəyyənləşdirmişəm. Heyəti rəqibə görə müəyyənləşdirmişik. Yetərincə oyunçumuz var. Sabahkı oyun üçün heyəti müəyyənləşdirmişik.
- Hücum futbolu oynayacaqsız, yoxsa yenə 5 müdafiəçiylə çıxış edəcəksiz?
- 5 müdafiəçiylə çıxış etmək müdafiə olunmaq deyil. Məsələn, Avropada “Çelsi” də 5 müdafiəçiylə çıxış edir, ancaq hücum futbolu sərgiləyir. Biz isə komandada 2 sistemdən istifadə edəcəyik. Rəqibə uyğun olaraq, 4 və ya 5 müdafiəçili sistemdən istifadə edəcəyik. Sabahkı oyunda 4 müdafiəçili sistemdən, daha doğrusu 4-5-1 taktiki sxemindən istifadə edəcəyik.
- Debüt ilinizdə hansı nəticəyə ümid edirsiz?
- Çoxlu transferlər etsək də, bu, bizim üçün Avropada ilk təcrübədi. Çalışacağıq, mümkün qədər irəli gedək. Təkcə mənim yox, komandadakı bir çox oyunçular avrokubokda ilk təcrübəsi olacaq. “Astra” ilə maraqlanmamışam. Ancaq “Vitorul”la “Astra”nın oyununa baxmışam. Bu videoya da “Vitorul”la oyuna görə baxmışdım. Bildiyiniz kimi, bu komandayla Boluda qarşılaşmışdıq.
- Heyətə yenə də cəlb etmək üçün istədiyiniz futbolçular var?
- İstədiyimiz oyunçuları almışıq. Bu oyunçuların bəzilərini əvvəldən istəyirdik. Ancaq onların klublarıyla müqavilələri var idi. Lakin biz təkcə avrokuboka yox, həm də, çempionata hazırlaşırıq. İstəyərdim bir legioner hücumçu, bir də yerli müdafiəçi transfer edək.
- İlk oyunu evdə keçirmək üstünlükdü?
- Adətən, ilk oyunu səfərdə keçirmək daha sərfəli olur. Lakin bizim üçün ilk oyunu evdə keçirmək daha yaxşı oldu. Çünki xaricdə təlim məşq toplanışındaydıq. Buna görə, ölkəyə qayıdıb, daha sonra yenidən xaricə yollanmağımız daha yaxşıdı məncə.
- Çempionatda 8 komandanın çıxış etməsinin klublarımızın avrokuboklardakı çıxışına mənfi təsir edə bilər?
- Düşünmürəm ki, 8 komandalı çempionat mübarizəni zəiflədib. Düzdü, daha çox komandanın olması yaxşı olardı. Ancaq 8 komandalı çempionatın avrpkubooklardakı çıxışımıza təsir edəcəyini düşünmürəm.
- Oyun mərkəzdən uzaqda yerləşən stadionda olacaq. Bu amilin və oyunun gecə keçirilməsinin komandanın azarkeş dəstəyindən məhrum olmasıyla nəticələnməyəcək ki?
- Biz Zirəni təmsil edirik. Zirə də bura yaxındı. O ki qaldı oyunun gec keçirilməsinə, havanın isti olmasını nəzərə alsaq, bu, normaldı. Düşünürəm ki, sabah yetərincə azarkeş olacaq.
- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Konkret qarşıma məqsəd qoymayıb. Əsas odu, komanda əzmkar oyun sərgiləsin. İkinci mərhələni keçməsək də, transfer edəcəyik.
- Mətbuatda “Differdanj”ın 4 futbolçusunun başqa işdə çalışdığı barədə məlumat yayılmışdı. Hətta onların Bakıya gəlməsiylə bağlı da iş yerlərində bəzi problemlər olmuşdu.
- Bilmirəm, bu məlumat hardan çıxıb. Komandanın ötən ilki heyətindən başqa bütün futbolçuları Bakıya gəlib. O ki qaldı komandanın üzvlərinin başqa yerdə çalışmasına buna fikir bildirmək istəmirəm. Elə təkcə, bizim əvvəllər Lixtenşteyn, San Marino kimi ölkələrin komandalarıyla oyunlarda necə çətinlik çəkdiyimizi hamı bilir. Fikrimcə, rəqib tam peşəkar komandadı.
- Rəqibin güclü və zəif cəhətləri nələrdi?
- Rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Bu klub çempion “Dudelanj”la eyni xal topladı. Şəxsi oyunlada da üstün idi. Yəqin, onların çempionatında top fərqi nəzərə alınırdı ki, yalnız bu cəhətdən geri qaldı. Əlbəttə, rəqibin zəif cəhətləri də var. Bunları da bilirik. Sabahkı oyunda bundan isifadə etməyə çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”