8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ayxan Abbasov: “Avropa Liqasına tam hazır olmağa çalışacağıq”

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ötən gün yoxlama matçı keçirib. Futbolxeber.az-ın məlumatına görə, Bakı “İnter”inə 2:0 hesabı ilə qalib gələn “qartallar”ın baş məşqçisi Ayxan Abbasov oyun haqda fikirlərini klub saytına açıqlayıb:
 
“İlk yoxlama oyunumuz idi. İki heyətlə oynadıq. Bizim üçün futbolçuların meydankı hərəkətliliyi vacib idi. Ötən həftə ağır məşqlərimiz oldu, bu həftə isə əsasən taktiki-texniki hazırlıq üzərində işləmişdik. Müəyyən tapşırıqlarımız var idi ki, futbolçuların onu necə yerinə yetirməsini görmək istəyirdik. Futbolçular da verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ümumilikdə, hər iki hissədən razı qaldım. Bununla belə, görüləcək işlər çoxdu. Çünki bizə yeni qoşulan futbolçular da var. Onların da uyğunlaşması üçün zamana ehtiyac var. Qarşıdakı yoxlama oyunlarda çatışmazlıqları aradan qaldıraraq, Avropa Liqasına tam hazır olmağa çalışacağıq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30