8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Zirə” daha 2 legioner transfer edir

Avropa Liqasında çıxış edəcək “Zirə” heyətinə daha 2 futbolçu qatacaq. Futbolxeber.az-ın məlumatına görə, bu barədə apasport.az saytına komandanın baş məşqçisi Ayxan Abbasov bilgi verib.
 
O bildirib ki, mövsümlərarası fasilədəki son transferlər legioner statusu daşıyacaqlar. David Manqanın keçidini artıq həll etmiş paytaxt təmsilçisi daha 2 əcnəbi ilə güclənəcək. Bunlardan biri müdafiəçi, digəri isə yarımmüdafiəçi olacaq. Yeni oyunçuların “Zirə”nin düşərgəsinə Boluda qatılacağı gözlənilir.  
 
“Zirə” bu vaxta qədər Manqa ilə yanaşı, Rəşad Sadiqov, Nicat Qurbanov və Orxan Əliyevi heyətinə qatıb, Vüqar Mustafayevin isə transfer hüququnu “Qarabağ”dan birdəfəlik alıb.
 
Qeyd edək ki, mövsüm başa çatan kimi, “Zirə”dən ayrılan futbolçular isə Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov, Cavid Tağıyev, Amadu Ben Sanqar və Akim Latifu olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30