29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ” legioneri ilə müqaviləni yenilədi

Son Azərbaycan çempionu "Qarabağ” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytından informasiya yayılıb. 
 
Mənbədə bildirlir ki, Ağdam təmsilçisi ilə sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb. İspaniyalı daha iki il bu klubun formasını geyinəcək. Dünən Bakıya gələn futbolçu bu gündən etibarən məşqlərə qoşulacaq.
 
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında "Qarabağ”a transfer olunub və komandanın heyətində 71 oyuna( 49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.
 
Xatırladaq ki, "Qarabağ” bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31