8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Caspian Cup”: “Qəbələ” 5-ci yer üçün oynayacaq

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirində qrup mərhələsinə yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası 2-ci turda Rusiya təmsilçisi “Ramzan”a 0:5, 3-cü turda isə “Krasnodar”a 1:2 hesabı ilə uduzub. Rusiyalılarla sonuncu qarşılaşmada hesabı 13-cü dəqiqədə Mehrac Baxşəliyev açıb. Bu qoldan 1 dəqiqə sonra Krasnodarın eyniadlı təmsilçisi bərabərliyi təmin edib. Rusiyalıların qələbə qolu isə 60+5-ci dəqiqəyə təsadüf edib. İlk turda “Rostov”a 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” qrup mərhələsini 4-cü pillədə başa vurub. 
 
Birgünlük istirahətdən sonra – iyunun 10-da yarımfinal, həmçinin 5-8-ci yerlər uğrunda matçlar keçiriləcək. “Qəbələ” 5-ci yer uğrunda mübarizə aparacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30