8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Pietrzkieviç "Qəbələ"dən ayrıldı

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb. Futbolxeber.az-ın məlumatına görə,  David Pietrzkieviç və Murad Musayev yeni mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək. 
 
2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Pietrzkieviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
 
2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.
 
Qeyd edək ki, “Qəbələ” bunadək Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30