9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Prosineçki açıqladı: Almeyda Şimali İrlandiyaya qarşı oynayacaq?

“Almeydanın Şimali İrlandiya ilə oyuna əsas heyətdə başlayıb-başlamayacağına qərar vermək üçün bir qədər gözləməliyəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
 
DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək yığmamız bu gündən Bakıda məşqlərini bərpa edib. Milliyə dəvət edilən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda iyunun 10-da komandamızın heyətində debüt edə bilər.
 
Prosineçki Braziliya əsilli futbolçunun yığmamıza xeyir verəcəyini düşünür: “Onu deyə bilərəm ki, məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Riçard peşəkar, öz üzərində çalışan, yaxşı futbolçudu. Artıq 5 ildi Azərbaycandadı. Oyunçuların hamısını tanıyır, özünü azərbaycanlı kimi hiss edir. Ölkəyə tam uyğunlaşıb. İnsan kimi də gözəl insandı. Çox maraqlı futbolçudu. Mənə elə gəlir ki, Azərbaycan millisinə xeyri dəyəcək”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30