Ölkə futbolu
Lukaş Sapela: "Bu günümlə yaşayan insanam"
"Rəvan"ın qapıçısı Lukaş Sapela klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Elə yeni müqavilə bağlamağından başlayaq. Daha 1 il "Rəvan”ın şərəfini qoruyacaqsan…
- Bəli, elədir. Ötən yay komanda ilə anlaşanda mühit hələ mənə yad gəlirdi. Ona görə karyeramın necə alınacağından bir qədər ehtiyatlanırdım. Lakin geridə qalan müddətdə klub, paytaxt Bakı və ümumilikdə Azərbaycan haqda fikirlərim tam dəyişdi. Artıq heç nədən çəkinmədən yeni sazişə qol çəkdim. Çünki karyeramın bu hissəsindən qətiyyən narahat deyiləm. Məncə, yeni mövsümdə öncəkindən də yaxşı çıxış edəcəm. Elə komanda şəklində də daha böyük uğurlara imza atacağımıza əminəm.
- Ötən yay komandaya qoşularkən müddəti mövsümün sonuna qədər olan müqavilə imzalamışdın. Yeni sazişə isə mayda yox, iyulda qol çəkdin. Olmazdı ki, əvvəlcədən hər şeyi həll edib Polşaya yollanaydın?
- Ümumi götürsək, mən Polşaya yollanmazdan öncə klub rəhbərliyi ilə bu barədə danışmışdım. Yəni onlara geri qayıdacağımla bağlı söz vermişdim. Gördüyünüz kimi, Azərbaycana qayıtdıqdan sonra bu məsələni müzakirə etdik və yenə 1 illik müqavilə imzaladım.
- Yenə 1 illik müqavilə… Bəs niyə 2 və ya 3 illik yox?
- Ona görə ki, mən bu günümlə yaşayan insanam. Nəfsimə sahib çıxa bilirəm. Düzdür, 2-3 illik müqavilə imzalasam, yaxın gələcəyimi təmin edərəm. Amma nəzərə alın ki, futbolda sabahın işini bilmək olmur. Birdən zədələnsəm və məşqçilər mənim xidmətimdə maraqlı olmasa, necə olacaq? Yalandan, oynamadan pulumu tələb edəcəm? Təbii, futbolda bu cür hallar olur. Zədə futbolun bir hissəsidir. Ancaq yenə də çox uzağa boylanmağın tərəfdarı deyiləm. Məncə, 1 illik də bəsdir (gülür). Onsuz da mövsümün sonunda rəhbərliklə yeni müqavilə barədə danışıq olacaq yəqin. Çox güman, "Rəvan”dakı karyeram davam edəcək. Sadəcə, indidən bu barədə danışmaq istəmirəm. Hər şeyin öz vaxtı var…
- İstirahətə buraxıldıqdan sonra düşərgəyə ən gec qoşulan legioner oldun.
- Bəli, amma bunun da öz obyektiv və subyektiv səbəbləri var idi. Viza alınması ilə bağlı müəyyən çətinlik yarandı, sonra şəxsi məsələ ilə əlaqədar rəhbərlikdən bir neçə gün izn aldım. Ona görə də gəlişim bir qədər uzandı. Amma bildiyiniz kimi, Bakıya gəldiyim gün məşqə çıxdım. Müəyyən dərəcədə futbol və kollektiv üçün darıxmışdım. Hətta formamı itirməmək üçün Polşada Qrudzöndz "Olimpiya”sının heyətində məşqlərə qatılırdım. Polşa mətbuatı bir dəfə bu komandaya keçəcəyimi də yazmışdı (gülür). Amma mən formamı qorumaq üçün "Olimpiya”nın məşqlərinə qatılırdım.
- Azərbaycanda keçirdiyin ilk mövsüm barədə nə deyə bilərsən?
- Mövsüm bizim üçün ağır keçdi. Məncə, eyni sözlər bütün komandalara aiddir. Çünki gərgin rəqabət mövcud idi. Hətta ikinci "altılıq”da belə. Mövsümün ilk dövrəsində yol verdiyimiz xətalar, yersiz xal itkiləri sonda bizə baha başa gəldi. Xüsusən autsayderlərlə matçlarda xeyli xal itirdik ki, bu da sonda bizi ilk "6-lıq”da kənar qoydu. Şəxsi çıxışımla bağlı, onu deyə bilərəm ki, "Bakı” ilə oyunda ayağım sınanda çox məyus olmuşdum. Ancaq mübarizə aparıb ilin sonuna kimi sağaldım. 2013-cü ildəki çıxışımız məncə, daha uğurlu alındı. Əlbəttə, sona yaxın heç bir motivasiya olmadığından bəzi matçlarda yenə yersiz məğlubiyyətlər aldığımız da yaddan çıxmır.
- Bəs yeni mövsümlə bağlı nə fikirdəsən?
- Bildiyim qədərilə, yeni mövsümdən komandaların 2 "cəbhəyə” ayrılması olmayacaq. 10 komanda 4 dövrədə mübarizə aparacaq. Bu isə rəqabəti və gərginliyi bir qədər də artıracaq. Polşada da bir ara 6+6 sistemindən yararlanmışdılar, ancaq gördülər ki, belədə effekt az olur. Ona görə də yenidən dairəvi sistemə keçdilər. Məncə, yeni mövsümdə ilk "5-liy”ə oynamağa qadirik. Bu, bizim üçün yeni çağırış olacaq. Ümidləri doğrultmağa çalışacağıq.
- Komandanın hazırlığına gec qoşulsan da, artıq 1 həftədir məşqlərdə iştirak edirsən? Hazırlığı necə dəyərləndirirsən?
- Tam normal. Həm fiziki çalışmalar olur, həm də toplu. Biz qapıçılar adətən, monoton hazırlıq keçirik. Çünki işimiz aydındı: qapıya gələn topun qarşısını kəsmək. Amma ümumi gördüklərim məni razı salır. Baş məşqçimiz gənc olsa da, işini yaxşı bilir. Məşq planını da çox uğurlu qurub. Artıq 2 yoxlama oyunu keçirmişik, amma heç birində oynaya bilməmişəm. Birində burda deyildim, o birində çiynimdəki zədəyə görə məşqçilər risk etmədi. Ümid edirəm ki, şənbə günü AZAL komandasına qarşı matçda meydana çıxa biləcəm.
- Yeni qapıçı gəlib - Fuad Əhmədov. Rəqabət artacaq…
- Lap yaxşı. İnkişaf üçün bu şərtdir. Deməli, üzərimdə daha məsuliyyətlə çalışmalıyam. Amma postumu Fuada verən deyiləm (gülür).
- Komandanın ümumi durumunu necə qiymətləndirirsən?
- Hiss olunur ki, komandamız hələ tam komplektləşməyib. Baş məşqçi də bunu deyir. Mən bilən, heyətə yeni futbolçular qatılacaq. Yalnız ondan sonra komandanın nə dərəcədə güclü olması barədə fakir irəli sürə bilərəm. Hələ tezdir. Yoxlama matçlarının nəticələrinin isə heç bir önəmi yoxdur. Əsas odur ki, məşqçi istədiyini görsün, ala bilsin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”