9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” Slovakiya klubuna qarşı

Macarıstanda keçirilən Laslo Kubalanin xatirəsinə həsr olunan turnirdə ilk oyun gününə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə,  “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turnirə eyniadlı komanda ilə görüşlə start verib. 
 
“Qırmızı-qaralar” meydan sahibləri ilə görüşdən 1 xalla ayrılıb – 0:0. Qrupdakı son matçında təmsilçimiz İsveçin AİK klubu ilə qarşılaşıb. İbrahim Camalovun rəqib qapısına yol tapdığı görüş 1:1 hesabı ilə nəticələnib. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda topladığı 2 xalla qrup mərhələsini 2-ci pillədə başa vurub. Skandinaviyalıları 1:0 hesabı ilə yenən meydan sahibləri isə 1-ci yerlə finala yüksəlib.
 
“Qəbələ” bu gün 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Slovakiya təmsilçisi “Rujomberok”la ilə üz-üzə gələcək. Kubokun qalibi isə “Vaşaş Kubala Akademiyası” ilə Polşa “Zaqlebiye”si arasındakı matçda bəlli olacaq. AİK-lə Serbiya “Voyvodina”sı 5-ci yer uğrunda matça çıxacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30