9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elxan Məmmədov qalibləri mükafatlandırdı (FOTO)

AFFA, Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, final qarşılaşmasında Suraxanı rayonundakı 141 saylı məktəbin komandası ilə Qaradağ rayonunda yerləşən 106 saylı məktəbin komandası qarşılaşıb. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 saylı məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016/2017-ci il mövsümünün qalibi olub.
 
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
 
Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 saylı məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.
 
Liqanı üçüncü pillədə başa vurmuş Gəncə şəhərinin 24 saylı orta məktəbinin komandası, ikinci yeri tutmuş Qaradağ rayon 106 saylı məktəbin komandası və turnirin qalibi Suraxanı rayonu 141 saylı məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Çempion komandaya kuboku təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30