9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” Macarıstana yollanır

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Macarıstanda keçiriləcək Laslo Kubalanin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. Macarıstanın “Vaşaş” klubunun təşkilatçılığı ilə təşkil ediləcək yarış mayın 27-28-də baş tutacaq.

Turnirdə mübarizə aparacaq 6 komanda iki qrupda münasibətlərini aydınlaşdıracaq. “Qəbələ” “Vaşaş Kubala Akademiyası” və İsveçin AİK klubları ilə eyni qrupda yer alıb. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda ilk oyun günündə öncə meydan sahibləri, sonra skandinaviyalılarla görüşəcək. Digər qrupda isə Slovakiyanın “Rujomberok”, Polşanın “Zaqlebiye” və Serbiyanın “Voyvodina”sı çıxış edəcək. Mayın 28-də qrup sonuncuları 5-ci, ikinciləri 3-cü yer uğrunda matça görüşəcək. Finalda isə qrup qalibləri qarşılaşacaq. 

“Qəbələ” səfərə 19 oyunçu ilə yollanır: Pünhan Hacıbalayev, Yasin Əliyev, İdris İnqilablı, Taleh Hacızadə, Nicat Oruclu, Əlvan Abasov, Nemət Şixəmirov, Veysəl Rzayev, Fərid İsgəndərov, Orxan Abdullayev, Tamerlan Rizvanov, Nicat Əliyev, Xəyal Muradov, Salman Ələsgərov, Əli Mürsəlov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov, İbrahim Camalov, Xəlil Bəşirov.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30