9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qurbanov Türkiyəyə gedir

“Qarabağ” klubundan ayrılan futbolçu İlqar Qurbanovun “Qəbələ”yə keçidi baş tutmayıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə “Report”a “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı açıqlama verib.
 
O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istəyir: “İlqar Qurbanovun “Qəbələ”yə keçidi gündəmimizdə idi. Lakin o, karyerasını Türkiyədə davam etdirmək istədiyi üçün komandamıza transferi baş tutmadı”.
 
Qeyd edək ki, Türkiyənin “Fənərbaxça” klubunun yetirməsi olan İlqar Qurbanovun peşəkar futbolçu kimi müqavilə bağladığı ilk klub "Xəzər Lənkəran” olub. O, karyerası ərzində “Olimpik-Şüvəlan”, eləcə də Türkiyənin “Sivasspor”, “Boluspor” və “Mesin İdman Yurdu” klublarının formasını geyinib. Azərbaycan milli komandasının sabiq üzvü 2011-ci ildən “Qarabağ”da çıxış edirdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30