10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Sumqayıt”ın məşqçiləri Zaqreb “Dinamo”sunun düşərgəsində

Dünyaca məşhur Zaqreb "Dinamo"su ilə "Sumqayıt" Futbol Klubu arasında əldə olunmuş razılığa əsasən, təmsilçimizin baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıb.

Təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçiləe Xorvatiyada olduğu müddətdə U-17 Avropa Çempionatının final oyununu da izləyəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30