8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Tərlan Əhmədov: “2-3 klubdan təklif almışam”

Bu gün Topaz Premyer Liqasında 28-ci, son turun qarşılaşmaları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, “Zirə” səfərdə AZAL-a 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasına vəsiqə qazanıb. “AZAL Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərhə edib:
 
- AZAL üçün sonuncu yer xoş deyil. Amma bizdən asılı olmayan səbəblər var. Böyük uğurlar istəyirsənsə, maliyyə şərtləri yaxşı olmalıdı. Vəziyyətimizin pis olduğunu bilirdim. Son maçtlarda qələbə qazanmaq istəyirdik, amma şansları əldən verdik. Son mətbuat konfransında gəncləri yoxlamaq istədiyimi bildirmişdim. Fikrimcə, aralarında yaxşı oyunçular var. Hər məğlubiyyət baş məşqçi ilə bağlıdı. Gələcəyə ümidlə baxıram. 99.9 faiz bu komandadan gedəcəm. Komandanın taleyinə bu həftə aydınlıq gələcək. 2 ildi “yaxşı olacaq” sözü deyilirdi. Həyat davam edir. Son 2 il futbol karyeramda böyük dərs oldu. Nəyi düz, nəyi səhv etdiyimi anladım.
 
- Balansa hansı ağır gəldi?
- Səhvlərim ağır gəldi. İnamım məni çox şeydən məhrum etdi.
 
- Hansı halda AZAL-da qalacaqsız?
- AZAL elitada qalsa belə, maliyyə vəziyyəti düzəlməsə, gedəcəm. 2-3 klubdan təklifim var, yaxın günlərdə biləcəksiz.
 
- “Səbail”dən, yoxsa “Neftçi”dən təklif almısız?
- Nə “Səbail”, nə də “Neftçi”dən təklif almışam.
 
- Ən çox bəyəndiyiniz gənc futbolçu kim oldu?
- Ən çox bəyəndiyim Fuad Bayramov oldu (Futbolinfo.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30